Şəhid Pərviz Nağıyev Tovuzda dəfn edilib - YENİLƏNİB-2

Şəhid Pərviz Nağıyev Tovuzda dəfn edilib - YENİLƏNİB-2 Hazırda şəhidin evində vida mərasimi təşkil olunub
Qarabağ
22 May , 2021 19:35
Şəhid Pərviz Nağıyev Tovuzda dəfn edilib - YENİLƏNİB-2

Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, çavuş P.Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. P.Nağıyevin 6 və 4 yaşında oğulları yadigar qalıb.

Allah rəhmət eləsin!

11:16

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyevın cənazəsi Tovuz rayonuna gətirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub.

Hazırda şəhidin evində vida mərasimi təşkil olunub. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçi yoldaşları iştirak edirlər.

Mərhum Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, P.Nağıyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəliydi, iki oğul övladları Vətənə əmanət qaldı.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi