Şəhid Orxan Cabbarov dəfn edilib

Şəhid Orxan Cabbarov dəfn edilib Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.
Qarabağ
18 Noyabr , 2021 12:20
Şəhid Orxan Cabbarov dəfn edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Onuda qeyd edək ki, 27 yaşı bu ilin sentiyabrın 29-da tamam olan Orxan Cabbarov subay idi.

Gizir Orxan Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi sücaətə görə medallarla təltif olunub.

Allah rəhmət etsin!

11:45

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.

Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi