Şəhid gizirimizin Narın yadigarı

Şəhid gizirimizin Narın yadigarı Atası Yaşarın əsgər yoldaşlarının söylədiklərini “Report”a qürurla bölüşür
Qarabağ
21 İyul , 2020 14:05
Şəhid gizirimizin Narın yadigarı

Şəhid gizir Yaşar Babayevin ailəsi, yaxınları onun haqqında yana-yana, ancaq qürurla, fəxarət hissi ilə danışırlar. Rusiyada yaşayan və son iki ildə övladının həsrətində olan atası Vasif Babayev  oğlunun dəfn mərasimində iştirak edə bilməyib və yas mərasiminin dördüncü gününə gəlib çata bilib. 
Atası Yaşarın əsgər yoldaşlarının söylədiklərini “Report”a qürurla bölüşür. 
O bildirir ki, övladının dünyaya gəlməsini gözləyən Yaşar  həyat yoldaşını xəstəxanaya aparmaq üçün 10 günlük məzuniyyət götürüb. Ancaq gecə döyüş yoldaşları zəng ediblər ki, kömək lazımdır. Yaşar dərhal xidmətə qayıdıb və döyüşlərdə qəhərmancasına şəhid olub... 

Xatırladaq ki, Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. O, iyulun 15-də doğulduğu kənddə torpağa tapşırılıb.

"Report"un Qərb mərkəzinin əməkdaşının şəhidin ailə üzvləri ilə görüşündən hazırlanan reportajı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi