Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib

Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.
Qarabağ
17 Noyabr , 2021 21:10
Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib
0 : 00
0 : 00

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

“Report”un Aran bürosu xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

20:24

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinlə Şirvanda vida mərasimi keçirilir.

“Report”un Aran bürosu xəər verir ki, mərasimdə şəhidin doğmaları ilə yanaşı, Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, şəhidin silahdaşları və ictimaiyyətin nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

19:57

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.

"Report"un Aran bürosunun məlumatına görə, onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi