Səfir: “Səudiyyə Ərəbistanı və Azərbaycan əlaqələri daha da genişləndirməyə çalışır”

Səfir: “Səudiyyə Ərəbistanı və Azərbaycan əlaqələri daha da genişləndirməyə çalışır” Səudiyyə Ərəbistanının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı mina təmizləmə işlərinə dəstəyi iki ölkə arasında güclü münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olmasının daha bir göstəricisidir.
Qarabağ
16 Yanvar , 2024 13:06
Səfir: “Səudiyyə Ərəbistanı və Azərbaycan əlaqələri daha da genişləndirməyə çalışır”

Səudiyyə Ərəbistanının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı mina təmizləmə işlərinə dəstəyi iki ölkə arasında güclü münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olmasının daha bir göstəricisidir.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh Əl-Cuteyli deyib.

“Biz Azərbaycanla bir çox sahələrdə - səhiyyə, elm, mədəniyyət və s. sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırıq. Uca Yaradandan Azərbaycan xalqının mina təhlükəsindən tamamilə qurtulmasını, ərazilərin mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənməsini diləyirəm”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, hazırda iki ölkə arasında bir çox sahələr üzrə layihələrin həyata keçirilməsi gözlənilir və bu layihələr yaxın vaxtlarda icra ediləcək:

“Ümid edirəm ki, 2024-cü il iki ölkə üçün uğurlu il olacaq”.

Son xəbərlər

Orphus sistemi