Səfir: Almaniya Azərbaycanın Qarabağda yenidənqurma səylərini dəstəkləyir

Səfir: Almaniya Azərbaycanın Qarabağda yenidənqurma səylərini dəstəkləyir Almaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma səylərini dəstəkləyir.
Qarabağ
29 May , 2024 09:22
Səfir: Almaniya Azərbaycanın Qarabağda yenidənqurma səylərini dəstəkləyir

Almaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma səylərini dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mən bu gün Bərdədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndə heyətinin Qarabağdakı insanlara dəstək olan böyük əməyinin şahidi oldum”, - paylaşımda qeyd edilib.

Səfir vurğulayıb ki, keçmiş təmas xəttinə yaxın yaşamaq insanlar üçün ağır olmuşdu: “Mina riski hələ də bir çox ərazilərdə təhlükə yaradır”.

Son xəbərlər

Orphus sistemi