"Avropa İttifaqı (Aİ) Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və bərpası layihələrini dəstəkləyir. Aİ-nin yüzlərlə şirkəti münaqişədən əziyyət çəkmiş ərazilərin bərpasına maraq göstərir və bu istiqamətdə fəaldır".
“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Səfir Aİ-nin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, ötən il Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard avro təşkil etdiyini xatırladıb: “Bu rəqəmlərin artacağına ümid edirik”.
O, Aİ-nin “Ağıllı kənd” layihəsi, “yaşıl enerji” və kənd təsərrüfatının inkişafı çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu, tvinninq layihələrinə də xüsusi diqqət ayrıldığını diqqətə çatdırıb.