Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq açılışı olub 

Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq açılışı olub  Vətən müharibəsi şəhidi, gizir Əmrah Firavan oğlu Həmidovun xatirəsinə Salyanda inşa edilən bulağın açılışı olub.
Qarabağ
14 Yanvar , 2022 17:49
Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq açılışı olub 

Vətən müharibəsi şəhidi, gizir Əmrah Firavan oğlu Həmidovun xatirəsinə Salyanda inşa edilən bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu münasibətlə düzənlənən açılış mərasimində rayon sakinləri, qazilər, şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin qəhrəmanlıqlarından söz açıblar.

Qeyd edək ki, şəhid Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Ailəli idi.

Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun giziri Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də başlayan 44 gün ərzində ermənilərin işğal etdiyi ərazilərin azad olunması ilə nəticələnən Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi ilə fərqlənərək igidliklər göstərib. O, sentyabrın 27-də Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə yaralanıb və Gəncədəki hərbi hospitala yerləşdirilib. Oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi