Salyanda şəhid dəfn olundu

Salyanda şəhid dəfn olundu Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Nağıyevin nəşi doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib.
Qarabağ
7 Dekabr , 2020 17:04
Salyanda şəhid dəfn olundu
0 : 00
0 : 00

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Nağıyevin nəşi doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib.

“Report”un Aran bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü, şəhid Nağıyev Nicat İbrahim oğlu ilə yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin cənazəsi Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

Nicat Nağıyev
Nicat Nağıyev

Son xəbərlər

Orphus sistemi