Salyanda aprel döyüşləri şəhidi Rəşid Mehdiyevin xatirəsi anılıb

Salyanda aprel döyüşləri şəhidi Rəşid Mehdiyevin xatirəsi anılıb Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilib
Qarabağ
418
5 Aprel , 2017 16:05
Salyanda aprel döyüşləri şəhidi Rəşid Mehdiyevin xatirəsi anılıb
Report.az

Salyan. 5 aprel. REPORT.AZ/ Salyan rayonunda aprel döyüşləri zamanı şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin xatirəsi yad edilib. 

"Report"un Aran bürosu xəbər verir ki, bu münasibətlə rayon Tarix-Diyarşünaslıq Müzeyində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. 

Xatirə mərasimində şəhidin yaxınları, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir şəhidin şəxsi əşyalarının nümayiş etdirilməsi ilə başlayıb, daha sonra Rəşid Mehdiyevin keçdiyi həyat və döyüş yolundan ətraflı danışılıb. Bildirilib ki, kəşfiyyatçı zabit döyüşdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, Rəşid Mehdiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. 

Tədbirdə şəhid zabitin şərəfli ömür yolundan bəhs edən qısa film də nümayiş olunub. 

Sonda məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi