Rusiyalı politoloq: "Azərbaycan möhtəşəm Zəfər paradı keçirdi"

Rusiyalı politoloq: "Azərbaycan möhtəşəm Zəfər paradı keçirdi" Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə möhtəşəm Zəfər paradı keçirdi.
Qarabağ
10 Dekabr , 2020 16:56
Rusiyalı politoloq: Azərbaycan möhtəşəm Zəfər paradı keçirdi
Yevgeni Mixaylov

"Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə möhtəşəm Zəfər paradı keçirdi".

Bunu “Report”a rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə eksperti Yevgeni Mixaylov bildirib.

“Bakı küçələrindən Azərbaycanın və qardaş Türkiyənin minlərlə döyüşçüsü addımladı. Paytaxt sakinlərinin xilaskarları necə şadlıqla qarşıladıqlarını da görmək çox gözəldi. Xalqın yaddaşına əbədi həkk olunacaq bu gün həmçinin bütün işğalçılara da ölkəyə hücum etməklə buna bənzər təntənəli tədbirlərə əsas verməməyin onlar üçün daha yaxşı olacağını xatırladacaq”, - deyən ekspert paradda ayrıca divarda düşməndən qənimət götürülmüş hərbi texnikaların nömrələrini göstərilməyin mənalı olduğunu da qeyd edib:

“Bu da əvvəllər Qarabağda öldürülmüş, didərgin salınmış azərbaycanlılara məxsus şəxsi avtomobillərin nömrələrini bir divarda nümayiş edənlərə mesajdır. Yəni - bizim üstümüzə silah çəkən kim olsa, elə həmin silahdan öləcək”.

Son xəbərlər

Orphus sistemi