Rusiyalı ekspert: “Azərbaycan ərazisində silahlı erməni olmamalıdır”

Rusiyalı ekspert: “Azərbaycan ərazisində silahlı erməni olmamalıdır” Erməni icmasının Dağlıq Qarabağda yaşaması üçün hər cür şərait var
Qarabağ
164
11 Fevral , 2021 13:34
Rusiyalı ekspert: “Azərbaycan ərazisində silahlı erməni olmamalıdır”

“Erməni icmasının Dağlıq Qarabağda yaşaması üçün hər cür şərait var. İndi azərbaycanlıların oraya qayıtması üçün şərait yaratmaq lazımdır”.

“Report” xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Eyni zamanda ekspert vurğulayıb ki, Azərbaycan ərazisində silahlı erməni olmamalıdır.

O, müharibə dövründə Azərbaycanın dinc şəhərlərinin mülki əhalisini atəşə tutmaqda məsul olanların cəzalandırılması məsələsinə də toxunub və bunların hamısının Beynəlxalq Ədalət Məhkəməsində mühakiməsinin zəruri olduğunu bildirib.

“Xocalıda insanlıq əleyhinə cinayətlərdə iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Həmçinin Ermənistan ərazisindən dinc şəhərlərə raket zərbələri endirilirdi. Bu, Azərbaycan tərəfini cavab verməyə təhrik etmək, bununla da Rusiya ilə KTMT-ni münaqişəyə cəlb etmək üçün edilirdi. Raket zərbələri Ermənistan ərazisindən endirilirdi. Hesab edirəm ki, gecə mülki əhaliyə qarşı raket zərbəsi endirilməsi əmri verən məmurlar beynəlxalq məhkəmə çərçivəsində mühakimə olunmalıdır”, - İ.Korotçenko vurğulayıb.

Son xəbərlər

Orphus sistemi