“Fikrimcə, ATƏT-in Minsk qrupu əhəmiyyətini itirib. Birincisi, bu qurum səmərəsiz olduğunu göstərib. İkincisi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün Minsk qrupuna hazırkı formatda ehtiyac qalmır”.
Bu fikirləri “Report”a verdiyi açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Son vaxtlar Azərbaycanın informasiya müharibəsində üstünlük qazandığını qeyd edən rusiyalı ekspert erməni təbliğatının tamamilə gözdən düşdüyünü söyləyib: “Əslində erməni təbliğatı öz xalqına, öz ölkəsinə qarşı çıxıb. Onlarla müqayisədə Azərbaycanın başlıca sözçülərinin təmkinli üslubu, məntiqlə danışmaları, müfəssəl dəlilləri müsbət və birləşdirici rol oynayırdı. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya telekanallarındakı nitqlərini xüsusi qeyd etmək istərdim. Əliyevin yanında Paşinyan tamamilə yox olmuşdu. Hətta erməni lobbiçiləri də həmin verilişdən sonra deyirdilər ki, bəli, Ermənistan informasiya müharibəsini uduzdu. Yəni afərin Əliyevə, bunu da erməni lobbiçilər deyir”.
İşğaldan azad edilmiş Qarabağda qarşıdakı dövrdə həyata keçiriləcək iqtisadi, nəqliyyat layihələrlə bağlı da fikirlərini bölüşən ekspert bundan sonra regionun əməkdaşlıq və qovuşma prinsipləri, iqtisadi inkişafa hər ölkənin töhfəsinə uyğun şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.