"Qarabağda əsas məsələ normal həyatın bərpası və köçkünlərin qayıtmasıdır".
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə jurnalistlərin və turistlərin gələ bilməsi problemlərini şərh edərkən deyib.
“Biz bir sual verməliyik: nəyi istəyirik? İndi Qarabağda turizmi inkişaf etdirmək? Əsas vəzifə budur? Yoxsa, davamlı sülhə nail olmaq, qaçqınların qayıtması və normal həyatın bərpası?”, - o bildirib.
M.Zaxarova vurğulayıb ki, çoxsaylı məsələlər mərhələli şəkildə həll ediləcək: "Rusiya sülhməramlıları hazırda əsas məsələ ilə məşğuldurlar".
XİN sözçüsü qeyd edib ki, 2020-ci ilin noyarbında bəyanatı imzalayan tərəflər dayanıqlı sülhün təmin olunması və Qarabağ ərazisinə həyatın qayıtmasını əsas məqsəd olaraq görürlər.