Rusiya XİN: “Vasitəçilik səylərində əsas Bakı və İrəvanın mövqeyidir”

Rusiya XİN: “Vasitəçilik səylərində əsas Bakı və İrəvanın mövqeyidir” “Burada ilk növbədə hər iki tərəfin, yəni Azərbaycan və Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Çünki artıq kifayət qədər qızdırılan vəziyyətin həllində hər hansı bir irəliləyişə ümid etməyə dəyməz”.
Qarabağ
30 Avqust , 2023 15:58
Rusiya XİN: “Vasitəçilik səylərində əsas Bakı və İrəvanın  mövqeyidir”

“İlk növbədə hər iki tərəfin, yəni Azərbaycan və Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Əks təqdirdə məsələnin həllində hər hansı bir irəliləyişə ümid etməyə dəyməz”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun brifinqdə Emmanuel Makronun vasitəçilik səylərini gücləndirmək vədlərinə Moskvanın münasibəti ilə bağlı sualını cavablandırarkən deyib.
M.Zaxarova qeyd edib ki, Rusiya tərəfi Moskvanın səylərinə zidd olmayan istənilən vasitəçilik təşəbbüslərini alqışlayır: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Rusiyanın səylərinə zidd və xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayırıq. Fransanın bu istiqamətdəki fəaliyyəti isə bizə yaxşı məlumdur”.

Son xəbərlər

Orphus sistemi