Rusiya XİN: “ATƏT-in Minsk qrupu formatı tarixin yaddaşına köçüb”

Rusiya XİN: “ATƏT-in Minsk qrupu formatı tarixin yaddaşına köçüb” “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran var idisə də, bu, ABŞ başda olmaqla Qərb dövlətlərinin özüdür”.
Qarabağ
17 Fevral , 2023 14:18
Rusiya XİN: “ATƏT-in Minsk qrupu formatı tarixin yaddaşına köçüb”

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran var idisə də, bu, ABŞ başda olmaqla Qərb dövlətlərinin özüdür”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“ATƏT-in Minsk qrupu formatı amerikalı və fransalı həmsədrlərin 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırmasından sonra tarixin yaddaşına köçdü. Üstəlik, onlar tərəfdən heç bir aydın izahat verilmədi. Bunu nəzərə alaraq, rəsmi Bakı və İrəvana müvafiq razılaşmalar kompleksinə əsaslanan üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə başladıq. Biz vasitəçiliyin real addımlarla müşayiət olunacağını və hər hansı əlavə dəyər qazanacağını görmürük”, - Rusiya XİN rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi