Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb

Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir.
Qarabağ
17 Noyabr , 2021 18:25
Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb
Mariya Zaxarova
0 : 00
0 : 00

"Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib.

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır” – deyə Kreml rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi