Rusiya Qarabağa UNESCO missiyasının tezliklə göndərilməsini istəyir

Rusiya Qarabağa UNESCO missiyasının tezliklə göndərilməsini istəyir “Dağlıq Qarabağ və ətraf rayonlarda mədəni irsin qorunması mövzusu rəsmi Bakı və Yerevanla təmaslarımızda mütəmadi olaraq müzakirə olunur"
Qarabağ
21 May , 2021 12:18
Rusiya Qarabağa UNESCO missiyasının tezliklə göndərilməsini istəyir
Mariya Zaxarova

“Qarabağda mədəni irsin qorunması mövzusu rəsmi Bakı və Yerevanla təmaslarımızda mütəmadi olaraq müzakirə olunur. Xüsusilə bu mövzuya Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana mayın birinci yarısında baş tutmuş işgüzar səfəri zamanı toxunulub”.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O bildirib ki, Rusiya tərəfi bölgəyə UNESCO missiyasının mümkün qədər tez göndərilməsinin tərəfdarıdır.

M.Zaxarova ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə iş aparıldığını vurğulayıb və bu il aprelin 13-də həmsədrlərin qəbul etdikləri bəyanatda dini, mədəni irsin saxlanılması və qorunmasının qeyd olunduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi