​Rusiya prezidentinin mətbuat katibi: "Kreml tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır"

​Rusiya prezidentinin mətbuat katibi: "Kreml tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır" Dmitri Peskov Rusiyanın hər iki tərəfə silah verməsi məsələsini şərh etməkdən imtina edib
Qarabağ
4 Aprel , 2016 14:26
​Rusiya prezidentinin mətbuat katibi: Kreml tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır

Bakı. 4 aprel. REPORT.AZ/ "Kreml Azərbaycan və Ermənistanı atəşkəs rejiminə qayıtmağa çağırır". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin məbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibi ölkəsinin beynəlxalq vasitəçilərin xətti ilə Azərbaycan və Ermənistanın atəşkəs rejiminə qayıtması istiqamətində çalışdığını söyləyib.

D.Peskov Rusiyanın hər iki tərəfə silah satması sualını şərh etməkdən isə imtina edib: "Mən bu məsələni indi şərh etmək istəməzdim".

O, Kremlin Dağlıq Qarabağda təmas xəttindəki gərginlikdən narahat olduğunu deyib. Rusiya prezidentinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında hələlik telefon danışığının olmadığını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi