Rusiya prezidenti və Avropa Şurasının rəhbəri Qarabağdakı vəziyyəti müzakirə edib
Qarabağ
- 07 iyun, 2021
- 15:21
Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə Qarabağ məsələsini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib.
“İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib. Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib”, - məlumatda deyilir.
Son xəbərlər
11:06
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 %-ə yaxın artıb
Maliyyə11:03
Fərid Qayıbov: "Azərbaycanda ilin ilk beynəlxalq yarışı Şahdağda keçirilir"
Fərdi11:01
Foto
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - YENİLƏNİB
Daxili siyasət11:00
Vəkil olmaq istəyənlər üçün elektron sənəd qəbulunun tarixi açıqlanıb
Hadisə10:58
Yaşar Gülər: Türkiyənin Qəzzaya göndərəcəyi sülhməramlı qüvvə İsrail üçün təhdid olmayacaq
Region10:54
Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur
Daxili siyasət10:54
Sumqayıtın bəzi hissələrində qaz olmayacaq
Energetika10:46
Azərbaycan mebel sənayesi ilə bağlı yeni dövlət standartları qəbul edəcək
Biznes10:43