Rusiya KİV: Ermənilər Xankəndindən qaçır

Rusiya KİV: Ermənilər Xankəndindən qaçır Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.
Qarabağ
6814
29 Sentyabr , 2020 12:13
Rusiya KİV: Ermənilər Xankəndindən qaçır

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, insanlar kütləvi şəkildə Ermənistanın paytaxtı Yerevana göndərilir.

“Onları elə-belə göndərirlər, paytaxtda mütləq qarşılanacaqlarını söyləyirlər. Yerevan səlahiyyətliləri qarşılanmanı təşkil edəcək”, - məlumatda deyilir.

Polis bəzi insanların təxliyyəsinə yardım edir, yoldan keçən maşınları saxlayıb sürücülərdən tanımadıqları insanları şəhərdən çıxarmalarını istəyirlər.

Son xəbərlər

Orphus sistemi