Rusiya ermənilərin Dağlıq Qarabağa kömək xahişini yerinə yetirmədi

Rusiya ermənilərin Dağlıq Qarabağa kömək xahişini yerinə yetirmədi Rusiya prezidenti Vladimir Putinə biznesmen Ruben Vardanyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmək xahişi barədə məlumat veriblər.
Qarabağ
7 Oktyabr , 2020 03:49
Rusiya ermənilərin Dağlıq Qarabağa kömək xahişini yerinə yetirmədi

Rusiya prezidenti Vladimir Putinə erməni əsilli biznesmenlər Ruben Vardanyanın və Samvel Karapetyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmək xahişi barədə məlumat veriblər.

“Report”un məlumatına görə, bu barədə RBK-ya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, prezidentə bütün müraciətlər barədə bildirilib", - Kremlin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, biznesmenlərin müraciətlərinin emosional tonu tamamilə aydındır. Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatları qurtarmaq və tərəflər arasında danışıqları yeniləmək üçün mümkün olan hər şeyi edir.

"Bununla belə, indi Moskva tərəfindən belə aktiv addımların atılmasını "təsəvvür etmək çətindir", - Peskov əlavə edib.

Daha əvvəl erməni əsilli biznesmenlər Ruben Vardanyan və Samvel Karapetyan Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etməyi xahiş ediblər.

Son xəbərlər

Orphus sistemi