Sergey Lavrov: "Tərəfləri təmkinli olmağa çağırıram"

Sergey Lavrov: "Tərəfləri təmkinli olmağa çağırıram" Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanianla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.
Qarabağ
13 İyul , 2020 19:15
Sergey Lavrov: Tərəfləri təmkinli olmağa çağırıram
Sergey Lavrov

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar MəmmədyarovZöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergey Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

Rusiyalı nazir həmçinin Bakı və Yerevanla təmasları çərçivəsində istər ölkə olaraq, istərsə də ATƏT-in Minsk qrupu həmsədri qismində vasitəçilik missiyasına bundan sonra da davam etdirəcəklərinin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi