Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə davam edəcək"

Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə davam edəcək" Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək.
Qarabağ
16 Yanvar , 2019 15:18
Sergey Lavrov: Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə davam edəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il olduğundan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəaliyyətinə bizim töhfəmiz hələlik tanışlıq görüşlərindən ibarət oldu. Amma bu ay rusiyalı, fransalı, amerikalı həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə daha bir görüşü nəzərdə tutulur. Odur ki, artıq uzunmüddətli olan, lakin İrəvanla Bakının xoşməramı və həmsədrlər də daxil olmaqla beynəlxalq birliyin dəstəyilə həll oluna biləcək bu münaqişəni yoluna qoymağa, məncə, bu istiqamətdə də dəstək verə biləcəyik”, - deyən rusiyalı nazir Azərbaycan tərəfindən münaqişəyə çözüm axtarmağa hazır olduqlarını səsləndirməsinin təqdirəlayiq olduğunu, Ermənistanın buna müvafiq şəkildə cavab verəcəyinə inandığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi