Riyad əl-Maliki: "Fələstin və Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir"

Riyad əl-Maliki: "Fələstin və Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir" Bakı. 5 noyabr. REPORT.AZ/ Fələstin və Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir.
Qarabağ
5 Noyabr , 2018 11:35
Riyad əl-Maliki: Fələstin və Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir
Report/ Firi Salim

Bakı. 5 noyabr. REPORT.AZ/ "Fələstin və Azərbaycan işğal olunmuş ərazilərlə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir".

"Report" xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Bakıda jurnalistlərə açıqlamasında deyib.

"Biz əraziləri işğal altında olan bir millət kimi beynəlxalq hüququn aliliyinə inanırıq. Hesab edirik ki, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün ən yaxşı yol beynəlxalq qanunlara riayət etmək və hörmət etmək, eləcə də BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrinin həyata keçirilməsini tələb etməkdir", - Əl-Maliki bildirib.

Onun sözlərinə görə, Fələstin və Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqlarla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini gözləyir.

Son xəbərlər

Orphus sistemi