Respondentlərin 84,6%-i Prezidentin Qarabağa qayıdışla bağlı fəaliyyətini yüksək qiymətləndirib - SORĞU

Respondentlərin 84,6%-i Prezidentin Qarabağa qayıdışla bağlı fəaliyyətini yüksək qiymətləndirib - SORĞU Sosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğusunda yer alan bəzi nəticələri açıqlayıb
Qarabağ
19 May , 2021 11:17
Respondentlərin 84,6%-i Prezidentin Qarabağa qayıdışla bağlı fəaliyyətini yüksək qiymətləndirib - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğusunda yer alan bəzi nəticələri açıqlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, sorğu zamanı Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.

Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən “çox yaxşı” qiymətləndirilib.

Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövr üçün respondentlərin əsas gözləntiləri ölkəmizin siyasi-iqtisadi gücünün artacağı (60,6%) və regionda mövqeyinin güclənəcəyi (51,6%), Ermənistan üzərində təsirinin daha da artacağı (46,9%) olub. Bundan başqa, respondentlərin 49,6%-i Azərbaycan və Türkiyənin regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayacağını, 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyini, 32,4%-i regional əməkdaşlığın və inteqrasiyanın sürətlənəcəyini, 41,7%-i Türkiyənin regionda hərbi iştirakının artacağını, 38,7%-i isə Rusiya, Türkiyə və Azərbaycan müttəfiqliyinin güclənəcəyini düşünür.

Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.

Respondentlər tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçıları ilə bağlı dövlət siyasətində həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının (74%), həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılmasının (70,8%), sosial problemlərinin həll edilməsinin (69,4%), müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsinin (67,7%), orden və medalların təsis olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsinin (61%), əlillik dərəcələrinin düzgün təyin edilməs (63,3%) və vaxtında müəyyən olunmasının (67,6%), müxtəlif səviyyələrdə imtiyazların verilməsinin (55,8%), onlarla aidiyyatı orqanların rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsinin (51%), həbsdə olan yaxınlarının əfv edilməsinin (37,7%) daha obyektiv nəzərə alınması qeyd olunub.

Sorğuda iştirak edənlərin fikrincə, Prezidentin azad edilmiş ərazilərə səfərləri Qarabağın dirçəlişinin və qayıdışın tezliklə reallaşmasının (61,7%), Ali Baş Komandanın bütün quruculuq tədbirlərinə bilavasitə rəhbərlik etməsinin (61%), Azərbaycanın ərazi bütövlüyünün təminatının (59,8%), Prezidentin tarixi abidələrə xüsusi önəm verməsinin (59,6%), işğaldan azad olunmuş ərazilərimizdə sabitlik və təhlükəsizliyin təminatının (58,9%), Böyük Qayıdışa Prezidentin verdiyi əhəmiyyətin (58,4%), Vətənə, xalqa, milli-mənəvi, tarixi və mədəni dəyərlərə verilən xüsusi önəmin (54,3%), bütün dünya azərbaycanlılarının Qarabağın dirçəlişinə cəlb etməsinin (54,6%), işğaldan azad edilmiş ərazilərin inkişafını və bölgəyə investisiya yatırımını stimullaşdırmasının (50,3%), Ermənistandakı qüvvələrə və onların havadarlarına xəbərdarlığının (48,3%) və informasiya müharibəsinə töhfə verməsinin (36,3%) göstəricisidir.

Prezidentin Qələbə tonqalını Şuşada Cıdır düzündə qalamasını 73.9% respondent qələbə, 72%-i şəhidlərimizin qanı ilə qazanılmış Şuşa zəfərinin təntənəsi/qələbə simvolu, 65.2%-i Şuşanın Azərbaycanın mənəvi-mədəni paytaxtı olmasının dünyaya nümayişi, 64.7%-i vətənpərvərlik, 62.2%-i torpaq və bayraq sevgisi, 58.9%-i Prezidentin dəyər və ənənələrimizə sadiqliyi, 58.9%-i milli birlik, 58.4%-i ərazi bütövlüyü, 57.4%-i həmrəylik, 54.3%-i tarixi irsin xilası, 49.6%-i Qarabağda bərpa və quruculuq strategiya və planları kimi dəyərləndirib və bununla Prezidentin dünyaya mesajlar verdiyini bildiriblər.

Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə respondentlərin 84,6%-i tam, 12,2%-i qismən razıdır.

Prezidentin tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyətinə münasibət bildirən respondentlərin 73,9%-i düşünür ki, Prezidentin Azıx mağarasına getməsi işğaldan azad edilmiş bütün ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin bərpa ediləcəyindən xəbər verir. Sorğuda iştirak edənlərin 68,9%-i Prezident İlham Əliyevi Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi görür. Respondentlərin 67,8%-nin fikrincə, Prezidentin Şuşada Natəvanın abidəsinin açılışında iştirak etməsi, Vaqifin büstünü və məqbərəsini ziyarət etməsi Qarabağa xüsusi diqqətinin təzahürüdür. 67,2% respondent bu qənaətdədir ki, bu, Azərbaycanın tarixi-mədəni irsinə hörmətin, sevginin və qayğının, 61% isə Azərbaycanın öz tarixi və əzəli ərazilərinə sahibliyinin göstəricisidir.

Son xəbərlər

Orphus sistemi