Ramil Usubov: “Qarabağ münaqişəsinin nəticələri Avrasiyaya ciddi təsir göstərib”

Ramil Usubov: “Qarabağ münaqişəsinin nəticələri Avrasiyaya ciddi təsir göstərib” “Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir. Onun nəticələri bu baxımdan bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib”.
Qarabağ
18 Aprel , 2023 04:09
Ramil Usubov: “Qarabağ münaqişəsinin nəticələri Avrasiyaya ciddi təsir göstərib”

“Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir. Onun nəticələri bu baxımdan bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib”.

“Report” xəbər verir ki, bunları Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

R.Usubov vurğulayıb ki, 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktını imzalaması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-təhlükəsizlik strategiyası öz hədəfinə çatdı və əsas mərhələsini yekunlaşdırıb: “Həmin tarixdən yeni dönəm başladı. İndi paralel şəkildə həm azad olunmuş ərazilərin bərpası və quruculuğu həyata keçirilir, həm də yeni reallıqlar əsasında bölgənin möhkəm təhlükəsizlik və inkişaf sistemi formalaşdırılır. Eyni zamanda dayanaqlı sülhün əldə olunması məqsədilə qlobal platformada həssas və çevik diplomatik mübarizə aparılır. Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, diplomatik məharəti və milli maraqlara əsaslanan prinsipial siyasəti nəticəsində bu mərhələlərdə də mühüm nailiyyətlər qazanılmışdır”.

“Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir. Onun nəticələri bu baxımdan bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib. Yəni münaqişə yalnız Azərbaycana və Ermənistana, yaxud Qafqaza aid ziddiyyətlər və maraqların kəsişdiyi, bəzən də toqquşduğu məkan deyildi. Açıq deməliyik, bölgədə maraqları olan bəzi fövqəldövlətlər, hətta transmilli şirkətlər belə bu problem ətrafında öz mənfəətlərini müəyyənləşdirir, iqtisadi və siyasi qazanclarını güdürdülər. Bu baxımdan da, cənab Prezidentin qeyd etdiyi kimi, uzun onilliklər boyu bu qüvvələr danışıqlar prosesinə töhfə vermək əvəzinə, onun həllini qəsdən yubadır, süni maneələr yaradırdılar. Müzəffər Komandan bütün bu kimi məkrli oyunları da öz qətiyyəti ilə bir daha pozdu”.

Son xəbərlər

Orphus sistemi