Giorgi Qvimradze: "Ərazilərin azad edilməsindən sonra Azərbaycan üçün ciddi mərhələ başlayır"

Giorgi Qvimradze: "Ərazilərin azad edilməsindən sonra Azərbaycan üçün ciddi mərhələ başlayır" "Yaxşı ki, Qafqazda artıq müharibə yoxdur"
Qarabağ
13 Aprel , 2021 17:37
Giorgi Qvimradze: Ərazilərin azad edilməsindən sonra Azərbaycan üçün ciddi mərhələ başlayır
Giorgi Qvimradze

“Hərbi Qənimətlər Parkı müharibənin nə olduğunu açıq şəkildə nümayiş etdirir və sevinirəm ki, müharibə artıq bitib. Yaxşı ki, Qafqazda artıq müharibə yoxdur, hərçənd hələ də münaqişələr qalır”.

Bu barədə “Report”a Bakıda Hərbi Qənimətlər Parkını ziyarət etmiş Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin analitiki, jurnalist Giorgi Qvimradze bildirib.

“Mənə elə gəlir ki, işğal olunmuş əraziləri azad etmiş bir ölkə kimi Azərbaycanın qarşısında bütün çətinliklərin öhdəsindən gəlmək üçün çox ciddi bir mərhələ başlayır. Bu, Azərbaycan üçün əsas çağırışdır və bu baxımdan Prezidentə qulaq asmaq, onun bu çağırışlara necə cavab vermək niyyətində olduğunu bilmək çox maraqlı olardı”, - o deyib.

Son xəbərlər

Orphus sistemi