Qubadlı sakini: "Oğlum nəhayət 28 il sonra ilk dəfə doğum gününü qeyd edəcək" 

Qubadlı sakini: "Oğlum nəhayət 28 il sonra ilk dəfə doğum gününü qeyd edəcək"  "Qubadlı torpağından şəhid oğlumun məzarı üstünə tökmüşəm, əminəm ki, indi onun ruhu şaddır".
Qarabağ
31 Avqust , 2021 12:05
Qubadlı sakini: Oğlum nəhayət 28 il sonra ilk dəfə doğum gününü qeyd edəcək 
Kübra Dünyamalı

"Qubadlı torpağından şəhid oğlumun məzarı üstünə tökmüşəm, əminəm ki, indi onun ruhu şaddır".

Bunu "Report"a açıqlamasında Qubadlı sakini Kübra Dünyamalı qızı Şəkəralıyeva deyib.

Əslən rayonun Göyyal kəndindən olan K.Şəkəralıyeva bildirib ki, oğlu Azim Şəkəralıyev 1994-cü il Birinci Qarabağ müharibəsində şəhid olub. Onun digər oğlu Qorxmaz Şəkəralıyev də Birinci Qarabağ müharibəsində döyüşüb.

Qorxmaz Şəkəralıyevin doğum gününün doğma rayonunun işğal tarixinə təsadüf etdiyini deyən ana oğlunun 28 ildir bu günü qeyd etmədiyini bildirib. Ancaq o, indi sevincli olduğunu, 28 il sonra oğlunun doğum gününü qeyd edəcəyini deyib: "Qubadlının işğaldan azad olunması xəbərini alanda hönkürərək ağladım. O gün elə bildim ki, heç oğlum şəhid olmayıb. Şükürlər olsun ki, bu gün biz işğal gününü yox, zəfəri qeyd edirik. Övladlarımla o torpaqlara gedəcəyim günü gözləyirəm. Ancaq bizdən əvvəl bacım oğlu Qubadlıya getmişdi. Oradan mənim üçün torpaq gətirməyini istədim. Oğlum 1994-cü ildə Lələtəpə yüksəkliyində şəhid olub. Həmin torpağı onun qəbrinin üstünə tökdüm. Oğlumun ən böyük arzusu Qubadlını görmək idi. Həm onun üçün, həm də öz gözlərimlə Qubadlını görməyin arzusu ilə yaşayıram".

K.Şəkəralıyeva bildirib ki, qazi oğlu Qubadlının işğaldan azad olunmasını bir il əvvəl yuxusunda görüb: "Oğlum Qorxmaz Şəkəralıyev Birinci Qarabağ müharibəsində qazi olub. O vaxtdan öz doğum gününü qeyd etməyib. Keçən ilin bu günü kiçik də olsa ad günündə oğlum üçün süfrə açdım. Amma o, yenə qeyd etməyi istəmədi. Mənə dedi ki, yuxuda 50 yaşımda Qubadlının işğaldan azad olunacağını görmüşəm. İndi oğlum 28 il sonra ilk dəfə ad gününü qeyd edəcək. Növbəti il bu günü Qubadlıda qeyd etmək ən böyük arzumdur".

Ətraflı videosüjetimizdə:

Son xəbərlər

Orphus sistemi