Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub Quba rayonunda "Şəhidlər" bulağı xatirə-kompleksinin açılışı olub.
Qarabağ
31 İyul , 2021 14:56
Qubada Şəhidlər xatirə-kompleksinin açılışı olub
Ziyəddin Əliyev

Quba rayonunda "Şəhidlər" bulağı xatirə-kompleksinin açılışı olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bulaq rayonun Qam-qam kəndində istifadəyə verilib.

Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Qam-qam kəndi Birinci Qarabağ müharibəsində 4 nəfər - Mübariz Abdullayev, Azad Hidayətov, Xanlar Məmmədov və Münasib Osmanov şəhid verib. Kənd orta məktəbi şəhid Mübariz Abdullayevin adını daşıyır.

Vətən müharibəsində isə kəndin iki sakini - baş gizir Mehrab Niftəliyev və əsgər Elməddin Abdullayev şəhid olub.

Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamla Quba rayonundan 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Onlardan 2-si şəhid olub, digər 2 nəfəri isə hərbi xidmətlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi