Qırğızıstanın keçmiş Baş naziri: “Minalar Azərbaycanın azad edilmiş ərazilərinə təhlükəsiz qayıtmağa mane olur”

Qırğızıstanın keçmiş Baş naziri: “Minalar Azərbaycanın azad edilmiş ərazilərinə təhlükəsiz qayıtmağa mane olur” “İnsanların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün mina təhlükəsini aradan qaldırmaq lazımdır”.
Qarabağ
25 May , 2023 16:06
Qırğızıstanın keçmiş Baş naziri: “Minalar Azərbaycanın azad edilmiş ərazilərinə təhlükəsiz qayıtmağa mane olur”

“İnsanların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün mina təhlükəsini aradan qaldırmaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın keçmiş Baş naziri Comart Otorbayev Ağdamda jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan xalqına rəğbətini ifadə etmək üçün Qarabağa gəldiyini bildirib və regionda sülhün bərqərar olmasının tərəfdarı olduğunu söyləyib.

Sabiq Baş nazir minalarla çirklənmə ilə bağlı mübarizə məsələsinin Azərbaycanın milli prioritetləri sırasına daxil edilməsinin vacibliyini qeyd edib: “Bu gün Ağdamda minaların təmizlənməsi üzrə ikinci beynəlxalq humanitar konfransda açıqlanan rəqəmlər adamı şoka salır. Təbii olaraq, Azərbaycan hökuməti diqqətini bu ərazinin bərpasına yönəldib. İnsanları bu ərazilərə qaytarmaq üçün təhlükəsizliyi təmin etmək, bu torpaqları minalardan təmizləmək lazımdır. Mina çirklənməsindən dərs çıxarmaq və buna dünyanın heç bir yerində yol verməmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi