Qırğız tədqiqatçı: "Qarabağ münaqişəsinin həlli həddindən çox uzanıb"

Qırğız tədqiqatçı: "Qarabağ münaqişəsinin həlli həddindən çox uzanıb" Dağlıq Qarabağ münaqişəsinin həlli həddindən artıq uzanır.
Qarabağ
26 Avqust , 2019 17:35
Qırğız tədqiqatçı: Qarabağ münaqişəsinin həlli həddindən çox uzanıb

"Dağlıq Qarabağ münaqişəsinin həlli həddindən artıq uzanır".

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Kairat Osmonəliyev Dağlıq Qarabağ münaqişəsinin siyasi və hüquqi cəhətləri haqqında tədqiqat əsərinin ADA Universitetindəki təqdimatı zamanı bildirib.

O, separatizm məsələsinin kəskin və həmı üçün aktual bir mövzu olduğunu söyləyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli həddindən artıq uzanır. ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid prinsiplərindən bir qədər kənara çıxıblar. Status-kvo Ermənistana sərf etdiyi halda bu mənada vaxt Azərbaycanın zərərinə işləyir”.

“Tədqiqat üzərində işləyərkən məsələyə aid terminologiyada açıq haqsızlıq olduğunu fərq etdim. Belə ki, tez-tez istifadə olunan qarşıduran tərəflər ibarəsi düzgün deyil. Burada təczvüzkar, işğalçı Ermənistanla zərərçəkən ölkə Azərbaycan qarşımıza çıxır. Ermənistanın 80-cı illərin sonunda Qarabağda separatizmi dəstəkləməsi məhz təcavüzə hazırlıqdır”, - deyə ekspert qeyd edib. 

K.Osmonəliyev separatizmin bir çox ölkələr üçün bəlaya çevrildiyini də diqqətə çatdırıb: “Məsələn, elə bizim Qırğızıstanda da vətəndaş qarşıdurması zamanı separat məzmunlu çağırışlar səsləndirilmişdi”.

Son xəbərlər

Orphus sistemi