Qətər səfiri: "Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik"

Qətər səfiri: "Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik" "Bu gün Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir".
Qarabağ
2063
13 Oktyabr , 2020 11:33
Qətər səfiri: Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik
Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab

"Bu gün Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".

"Report"un bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır: "Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq".

Son xəbərlər

Orphus sistemi