​QAT aclıq aksiyasının davam etdirilib-etdirilməməsi ilə bağlı sabah qərar verəcək

​QAT aclıq aksiyasının davam etdirilib-etdirilməməsi ilə bağlı sabah qərar verəcək Nərminə Abbasquliyeva aclıq edənlərə baş çəkdikdən sonra QAT-a üzv olmaq üçün ərizə yazıb
Qarabağ
106
19 Noyabr , 2014 17:37
​QAT aclıq aksiyasının davam etdirilib-etdirilməməsi ilə bağlı sabah qərar verəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvlərinin Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin talelərinə beynəlxalq təşkilatların biganəliyinə etiraz olaraq keçirdiyi aclıq aksiyasının davam etdirilib-etdirilməməsi ilə bağlı sabah qərar verəcək.

Bu barədə "Report"a təşkilatdan məlumat verilib. Bildirilib ki, hazırda aclıq aksiyası davam etdirilir. Fəal hərəkatçılar Asif Abdullayev, Rəsul Musayev, Şükür Məmmədov, Qarabağın tanınmış ağsaqqallarından Nizami Hacıyev, I Qarabağ müharibəsinin məşhur snayper qadınlarından Nərminə Abbasquliyeva aksiya iştirakçılarına mənəvi dəstək veriblər.

N.Abbasquliyeva aclıq edənlərə baş çəkdikdən sonra QAT-a üzv olmaq üçün ərizə yazıb.

Son xəbərlər

Orphus sistemi