Qarabağın azərbaycanlı icması yeni layihənin icrasına başlayıb

Qarabağın azərbaycanlı icması yeni layihənin icrasına başlayıb Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib
Qarabağ
20 Noyabr , 2020 16:34
Qarabağın azərbaycanlı icması yeni layihənin icrasına başlayıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib.

Bu barədə “Report”a Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

Layihə əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı həyata keçirilir.

"Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı zamanı 4 minə yaxın soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bu illər ərzində Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaların tələblərini pozaraq əsir düşmüş soydaşlarımızla bağlı Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Əsir düşmüş şəxslərin ailə üzvlərinin beynəlxalq təşkilatlara ünvanladıqları çoxsaylı müraciətlər isə cavabsız qalıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini yenidən gündəmə gətirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin üç dildə (Azərbaycan, rus, ingilis) videomüraciətlərini hazırlayıb beynəlxalq təşkilatlara, insan hüquqları ilə bağlı məşğul olan humanitar qrumlara təqdim etməkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi