Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdikləri Azərbaycan ərazisindəki ermənilər separatçıların tör-töküntülərinin zülmünə etiraz ediblər.
“Report” xəbər verir ki, “Novosti Armeniya”nın yaydığı məlumata görə, etirazçılar separatçıların tör-töküntüsünə başçılıq edən Araik Arutyunyanın rüşvətxorluq etdiyini bildiriblər : “Araik Arutyunyan torpaqları zəbt edib. Deyirlər ki, guiya 100-ə yaxın kəndli (Azərbaycan ərazisində yaşayan erməniləri nəzərdə tutur- red. ) texnikaya görə təzminat alıb. Ancaq kimdən soruşuruq, aldım deyən yoxdur. Ancaq adamı olanın zənglərinə cavab verilir. İşsizlər yardım edilmir”.
Qeyd edək ki, onlar İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Göründüyü kimi, İrəvan və havadarları Azərbaycanın erməni vətəndaşlarını özlərinə cəlb etmək üçün yalan vədlər verir, problemlərini həll etmirlər. Heç bir hüquqi, qanuni fəaliyyəti olmayan əldəqayırma, oyuncaq idarəetmə sistemi isə rüşvətxorluq və dələduzluqla məşğuldur.