Qarabağ müharibəsi könüllüləri Qubada coşqu hissi ilə qarşılandı

Qarabağ müharibəsi könüllüləri Qubada coşqu hissi ilə qarşılandı Vətən müharibəsi könüllüləri Quba rayonuna qayıdıblar.
Qarabağ
25 Noyabr , 2020 23:01
Qarabağ müharibəsi könüllüləri Qubada coşqu hissi ilə qarşılandı

Vətən müharibəsi könüllüləri Quba rayonuna qayıdıblar.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun giriş hissəsində İkinci Qarabağ müharibəsində könüllü iştirak edən hərbçilərin qarşılanma mərasimi keçirilib.

Hərbçilər sakinlər tərəfindən rayonun girişində və Quba şəhərində üçrəngli bayraqlar və şüarlarla, böyük coşqu və hərarətlə qarşılanıblar. Paşaoba kəndində hərbi avtomobil karvanının qarşısında qurbanlar kəsilib.

Qırx dörd günlük Vətən müharibəsinin ordumuzun şanlı qələbəsi ilə bitməsi qürur hissi ilə xatırlanıb.

Son xəbərlər

Orphus sistemi