Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ilə bağlı müzakirələr baş tutub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidməti məlumat yayıb.
Komitə üzvləri Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən Şalva Lomidzeni dinləyiblər.
Komitənin sədri İrakli Beraya bildirib ki, qeyd olunan razılaşma nəticəsində Rusiyanın Cənubi Qafqazda hərbi iştirakı artıb:
“Məruzəçi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məlumat və razılaşmanın nəticələri barədə ətraflı məlumat təqdim edib. Gürcüstanın bölgədə üzləşdiyi təhlükələrə cavab olaraq hökumət müdafiə, milli təhlükəsizlik sistemi və bölgədə təhlükəsizlik mühitini daha da gücləndirməklə bağlı addımlar atır.”
Xarici Kəşfiyyat Xidmətinin Analitik İdarəetmə İdarəsinin direktoru Givi Tumanişvili deyib ki, toplantıda komitə üzvləri qurumun hazırladığı təhlil və qiymətləndirmələrlə tanış edilib və Gürcüstanın bölgədəki hazırkı vəziyyətlə əlaqədar üzləşə biləcəyi problemlər barədə danışılıb.
Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ilə bağlı müzakirələr başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, müzakirələrdə ölkənin Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri və deputatlar iştirak edirlər.
Mətbuata qapalı iclasda Ukraynadakı hadisələrin inkişafı da nəzərdən keçiriləcək.
Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.
Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.
Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.