Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə T.Gəncəliyev özü məlumat verib.
O, görüşün icmanın müvəqqəti qərargahında baş tutduğunu bildirib. Görüşdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münaqişəsi olub.