Putinin sözçüsü: "Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır"

Putinin sözçüsü: "Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır" Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Qarabağ
8571
28 Sentyabr , 2020 14:34
Putinin sözçüsü: Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır
Dmitri Peskov

Kreml Rusiya prezident Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, lazım gələrsə, belə danışıq olacaq.

"Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır", - D.Peskov bildirib.

Son xəbərlər

Orphus sistemi