Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Qarabağ
1 Oktyabr , 2020 01:17
Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Emmanuel Makron və Vladimir Putin
0 : 00
0 : 00

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə "Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə olub. İki dövlətin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin daha da kəskinləşməsini pisləyiblər, həmçinin davam edən döyüş əməliyyatları ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.

Putin və Makron münaqişə tərəflərini atəşin ən qısa zamanda və tam dayandırılmasına, gərginliyin deeskalasiyasına çağırıblar. "Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik metodlarla nizama salınmasına alternativin olmaması qeyd edilib. Bu kontekstdə, ilk növbədə, ATƏT-in Minsk qrupu formatında gələcək əməkdaşlığın konkret parametrləri nəzərdən keçirilib", - Kremlin açıqlamasında deyilir.

Telefon danışığının gedişatında həmçinin Belarus Respublikasında yaranan vəziyyət müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi