Elçin Əmirbəyov: Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayır

Elçin Əmirbəyov: Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayır Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.
Qarabağ
3 Oktyabr , 2023 21:11
Elçin Əmirbəyov: Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayır

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində bildirib.

Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib:

“Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq anti-terror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhalı öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsi ilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.

Son xəbərlər

Orphus sistemi