"Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində sentyabrın 27-də Naftalan rayonunda bir ailənin beş üzvü həlak olub".
"Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O həlak olanlarla bağlı başsağlığı verib.
H.Hacıyev əlavə edib ki, düşmən həmçinin Tərtər rayonunda da polis şöbəsini və mülki obyektləri hədəf alıb: "Bu, Ermənistanın acizliyini və təcavüzkar xislətini bir daha ortaya qoyur".