Prezidentin köməkçisi: İƏT Qubadlıda məscidin dağıdılmasından narahatlığını ifadə edib
Prezidentin köməkçisi: İƏT Qubadlıda məscidin dağıdılmasından narahatlığını ifadə edib"İslam Əməkdaşlıq Təşkilatı İslam dünyası adından təhqirlə və Azərbaycanın Qubadlı rayonunun Məmər kəndində məscidin dağıdılması ilə əlaqədar dərin narahatlığını ifadə edir. Yerində araşdırma nəticəsində Ermənistanın yeni cinayətləri aşkar ediləcək".
"İslam Əməkdaşlıq Təşkilatı İslam dünyası adından Azərbaycanın Qubadlı rayonunun Məmər kəndində məscidin dağıdılması və təhqir olunması ilə əlaqədar dərin narahatlığını ifadə edir. Yerində araşdırma nəticəsində Ermənistanın yeni cinayətləri aşkar ediləcək".
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar narahatlığını bildirib.
"Report"un məlumatına görə, bu barədə İƏT-in yaydığı bəyanatda deyilir.
“Maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”nın və 1954, 1999-cu il Protokollarının açıq şəkildə pozulmasıdır. Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında İƏT “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib”, - deyə bəyanatda bildirilir.
Organization of Islamic Cooperation express it's deep concern on behalf of Islamic world on abusive and destruction of Mosque in Mamar village in libarated Gubadly region of Azerbaijan. More crimes of Armenia will surface as a result of on-site inspection.https://t.co/BuyhT6xRa6pic.twitter.com/mlLXf5D8YP