Prezidentin köməkçisi: "Xocavənddə azərbaycanlı əsirlərin kütləvi məzarlığı aşkarlanıb"

Prezidentin köməkçisi: "Xocavənddə azərbaycanlı əsirlərin kütləvi məzarlığı aşkarlanıb" Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.
Qarabağ
25 Fevral , 2022 01:02
Prezidentin köməkçisi: Xocavənddə azərbaycanlı əsirlərin kütləvi məzarlığı aşkarlanıb
Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.

“Report” xəbər verir ki, Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4 000 azərbaycanlı itkin düşüb”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi