Prezidentin çıxışının gizli şifrələri: Qərbi Azərbaycana qayıdış reallığa çevriləcək

Prezidentin çıxışının gizli şifrələri: Qərbi Azərbaycana qayıdış reallığa çevriləcək “Əlbəttə, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu, Ermənistan üçün də ən yaxşı yoldur. Dəhlizin açılmamasından ən çox əziyyət çəkən məhz İrəvan olacaq”.
Qarabağ
13 Yanvar , 2022 13:36
Prezidentin çıxışının gizli şifrələri: Qərbi Azərbaycana qayıdış reallığa çevriləcək

“Əlbəttə, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu, Ermənistan üçün də ən yaxşı yoldur. Dəhlizin açılmamasından ən çox əziyyət çəkən məhz İrəvan olacaq”.

Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

“Prezident İlham Əliyevin dünənki müsahibəsində çox cəsarətli fikirlər var. Dövlət başçısı insanlarımızı yeni hədəflərə köklədi. Prezident, həmçinin Zəngəzurun 1920-ci ildə, yəni Azərbaycan bolşevikləşəndən sonra Ermənistana verildiyini bildirdi. O, tarixi toponimlərin adlarını çəkməklə Azərbaycan xalqının yaddaşını bir növ təzələdi və bizi nə vaxtsa əzəli torpaqlarımıza - Qərbi Azərbaycana da qayıdacağımıza inandırdı.

Prezident şəcərəsinin Zəngəzurla bağlı olduğunu diqqətə çatdırdı, niskilini diplomatik dillə ifadə etdi. Bu, Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını bir daha təsdiqlədi. Eyni zamanda Qərbi Azərbaycana da qayıdacağımızla bağlı ümidlərimizi artırdı.

Bildiyiniz kimi, Prezident ermənilərə 6 ay vaxt verdi. Bu müddət ərzində hansısa sülhməramlı təşəbbüs olmasa, biz “dəyənəyin digər tərəfini” çevirməli olacağıq. Ermənilər sərhəddə süni toqquşma yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bura cəlb etmək niyyətindədirlər. Beləliklə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyirlər. Lakin dövlət başçısı bunun xam xəyallar olduğunu nəzərə çatdırdı. Çünki artıq müharibə bitib və düşmən bizim ərazi bütövlüyümüzü hansısa bəhanə gətirmədən, dərhal tanımalıdır. Bu baş verməsə, biz əzəli torpaqlarımıza olan iddialarımızı təzələyəcəyik. Dövlət başçısı, həmçinin söylədi ki, Türkiyə ilə birlikdə regionda hansısa pozuculuq fəaliyyətinin baş verməsinə imkan verməyəcəyik”.

Q.Hüseynli, həmçinin Prezidentin Rusiya sülhməramlılarının fəaliyyətini geniş təhlil etdiyini vurğulayıb: “Dünən Prezident sülhməramlı qüvvələrin fəaliyyətindən də danışdı. Dövlət başçısı rus hərbçilərinin işlərindəki nöqsanları aydın göstərdi. Bildirdi ki, biz Laçın dəhlizində bir neçə istiqamətdən monitorinq aparmaq imkanına malikik. Biz orada dəqiq hesablamalar aparırıq. Prezident bir məqamı xüsusilə vurğuladı: sülhməramlılar Qarabağın dağlıq hissəsinə gedən maşınları rahatlıqla buraxır, ordan çıxanları isə ciddi yoxlayırlar. Beləliklə, prosesə süni əngəllər yaradırlar. Yəni Qarabağın dağlıq hissəsindəki camaat yoxsulluq səbəbindən ərazini tərk etmək istəsə də, sülhməramlılar buna imkan vermirlər. Bütün bunlar sülhməramlıların öz missiyalarını yerinə yetirmədiklərini, bütün imkanları ilə ermənilərin orada qalıb, yaşamalarına çalışdıqlarını göstərir. Beləliklə, Zəngəzur dəhlizinin açılmasına dair problem meydana çıxacağı təqdirdə sadaladığım məqamlar bizim Laçın dəhlizini bağlamağımıza əsas verəcək”.

Son xəbərlər

Orphus sistemi