Prezident: "Azərbaycan regionda sülhə sadiqdir"

Prezident: "Azərbaycan regionda sülhə sadiqdir" "Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir və Ermənistanla sülh sazişi üzərində işə başlamağa hazırdır".
Qarabağ
14 Dekabr , 2021 19:08
Prezident: Azərbaycan regionda sülhə sadiqdir

"Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik", - İlham Əliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi