Prezident Ağdamdakı məscidin ermənilər tərəfindən dağıdılmamasının səbəbini açıqladı

Prezident Ağdamdakı məscidin ermənilər tərəfindən dağıdılmamasının səbəbini açıqladı “Yəni Azərbaycan Ordusu bu istiqamətdə hücum edərsə, artilleriyanın vurmağına dəqiq oriyentirlər vermək üçün olub”.
Qarabağ
18 Dekabr , 2020 14:23
Prezident Ağdamdakı məscidin ermənilər tərəfindən dağıdılmamasının səbəbini açıqladı
İlham Əliyev

“Ağdam şəhəri yoxdur. O dağıdılıb. Ağdam şəhərindən yarımdağıdılmış məscid qalıb. Biz maraqlananda ki, bəs onu niyə digər məscidlər kimi dağıtmayıblar, bizə deyildi ki, bu, özünəməxsus oriyentir olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Yəni Azərbaycan Ordusu bu istiqamətdə hücum edərsə, artilleriyanın vurmağına dəqiq oriyentirlər vermək üçün olub”, - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi