Polşa səfiri: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”

Polşa səfiri: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır” “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”.
Qarabağ
6 Oktyabr , 2022 15:44
Polşa səfiri: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”.

Bunu “Report”a açıqlamasında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

“Bundan qabaq Ağdamda olmamışdım. Amma ötən il Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərinə səfər etmişəm. Buna görə də bu ərazilərdəki bütün dağıntıları görmüşəm və bununla bağlı təsəvvürüm var idi”, - səfir bildirib.

Polşalı diplomat vurğulayıb ki, bu günlərdə Azərbaycanda keçirilən ilk Milli Şəhərsalma Forumu çox vaxtında irəli sürülən təşəbbüsdür, çünki bu forum sayəsində müxtəlif ölkələrdən olan mütəxəssisləri cəlb etmək mümkündür: “Biz çox şadıq ki, Polşadan olan mütəxəssislər də bu forumda iştirak edir”.

Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu öz işini davam etdirir. Tədbirin ilk günü Ağdam şəhərində baş tutub.

Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN-HABITAT) və ADA Universitetidir.

Son xəbərlər

Orphus sistemi