Politoloq: "Türkiyə haqq-ədaləti bərpa etmək istəyir"

Politoloq: "Türkiyə haqq-ədaləti bərpa etmək istəyir" “Ermənistanın Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini pozması ilə bağlı əsas məsələ bunda kimlərin maraqlı olmasıdır".
Qarabağ
2 Fevral , 2021 19:34
Politoloq: Türkiyə haqq-ədaləti bərpa etmək istəyir

“Ermənistanın Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini pozması ilə bağlı əsas məsələ bunda kimlərin maraqlı olmasıdır. Görünür, həm Ermənistanın özündə, həm də xaricdə müəyyən qüvvələr Nikol Paşinyanı devirməkdə maraqlıdır”.

Bunu “Report”a politoloq Turab Rzayev bildirib.

Onun fikrincə, bu məsələdə elə hökumətin özü də maraqlı ola bilər. Yəni hökumətin bununla lap elə Paşinyan getsə belə, müharibənin hər an yenidən başlaya biləcəyini müxalifətə və xalqa çatdırmağa çalışa biləcəyi mümkündür.

“Bununla yanaşı, burada münaqişənin həllində Rusiyanın rolunu azaltmaq istəyən ATƏT-in Minsk qrupu üzvü olan ayrı-ayrı ölkələrin də marağı ola bilər. Onlar regionda Rusiya və Türkiyənin inhisarına son qoymaq, yaxud Azərbaycanı zəiflətmək məqsədi güdə bilər”, - deyən ekspertin qənaətincə, regionda Türkiyənin mövcudluğu bu kimi təxribatların qarşısını almaq baxımdan mühüm əhəmiyyət daşıyır.

“Həmçinin biz hələ ABŞ-ın və Avropa İttifaqının nə dərəcədə bitərəf mövqe tutacağını da bilmirik. Fransaya gəlincə, onlar açıq-aşkar ermənipərəst mövqedədir. Türkiyə isə həm müharibədən əvvəl, həm müharibə zamanı və sonrakı dövrdə də haqq-ədaləti bərpa etmək istədiyini, sülh tərəfdarı olduğunu göstərdi”, - deyən politoloq bu baxımdan türkiyəli hərbçilərin Rusiya ilə birgə müşahidə mərkəzində fəaliyyətinin mühüm məqam olduğunu vurğulayıb:

“Bununla Azərbaycan ilə Rusiya arasında gərginlik hallarının qarşısı alınacaq. Nəticədə regiondakı müharibə ab-havası əvəzinə, tədricən sülh və əməkdaşlıq ab-havası bərqərar olar. Bu da regionun geosiyasəti baxımdan əhəmiyyətlidir”.

Son xəbərlər

Orphus sistemi